21:10
(077) 610-22-33

Nənə nəvəsini dünyaya gətirib

  • >
980 27 Avqust 2012 07:39 | Maraqlı

Amerikada bir nənə ürək xəstəsi olan qızı üçün daşıyıcı ana olaraq nəvəsini dünyaya gətirib.

AzNews.az-ın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Maine əyalətində yaşayan 49 yaşlı Linda Sirois 25 yaşlı qızı Angel Habert üçün daşıyıcı ana olub.

Hər şey Angel Habertin səhhətində problemlərin meydana çıxması ilı başlayıb. Anası qızı üçün fədakarlıq edərək daşıyıcı ana ola biləcəyini açıqladıqdan sonra xəstəxanaların əksəriyyəti bu təklifi reallaşdırmaqdan imtina edib. Əsas səbəb kimi isə qadının yaşı göstərilirib. Sonunda Massaçuset əyalətindəki bir klinika zəruri analızləri aparmaq şərti ilə buna razılıq verib.

Angel Habertin yumurtaları həyat yoldaşınını spermləri ilə mayalandırılaraq ana Lindanın rəhminə yerləşdirilib. Nəhayət nənə öz nəvəsi Maddeni dünyaya gətirib. Bundan əvvəl dünyaya 4 uşaq gətirən qadının hamiləlik və doğuş prosesinin olduqca rahat keçdiyi bildirilir.

E.Əlosmanqızı
AzNews.az
Bağla X