03:50
(077) 610-22-33

Məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək

  • >
850 12 Mart 2014 13:18 | Maraqlı

Azərbaycanda orta məktəblərin VII siniflərinin dərsliklərinə tarixi abidələr və mədəni irslə bağlı yeni mövzular daxil ediləcək.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Trend-ə bildirib ki, artıq bununla bağlı dərslik hazırlayan nəşriyyatlara tövsiyələr verilib:

"Azərbaycanın orta təhsil sistemində 2008-ci ildən etibarən kurrikulumun tətbiqinə başlanılıb. 2008-ci ildə məktəbə gedən uşaqlar hazırda VI sinifdə oxuyurlar. Gələn tədris ilində isə onlar VII sinifdə oxuyacaqlar. VII siniflər üçün dərsliklərin yazılmasını indi sifariş edirik".
Nazir müavini deyib ki, VII siniflər üçün dərliklərin sifarişi zamanı "Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi də nəzərə alınıb.

C.Bayramovun sözlərinə görə, həmin dövlət proqramının qəbulunu nəzərə alaraq, 2014-2015-ci tədris ili üçün VII siniflər üçün dərsliklərin hazırlanması zamanı oraya tarixi abidələr, qeyri-maddi mədəni irslə bağlı mövzuların salınması tövsiyə edilib. Yeni mövzular əsasən VII siniflərin "Həyat bilgisi", "Azərbaycan tarixi" dərsliklərinə daxil ediləcək.

Nazir müavini deyib ki, hazırda istifadə edilən I-VI sinif dərsliklərində, xüsusən "Həyat bilgisi" və "Azərbaycan tarixi" kitablarında mədəniyyətimizin qədim tarixi nümunələri barədə məlumatlar var.

AzNews.az
Bağla X