Azərbaycanda domen adlarının sayı artıb- Statistika

Azərbaycanda ötən müddət ərzində ümumilikdə 21 min 930 domen adı qeydiyyatdan keçib. Cari ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı 1 703, ləğv edilənlərin sayı isə 482 olub.

İstifadəyə verilən domen adlarının xalis artımı 1 221 domen təşkil edib. Son iki ay ərzində qeydə alınan domen adlarının sayı 5,3 faiz olub.

2013-cü il ərzində 6 min 199 domen qeydiyyatdan keçmiş və təxminən 2 min 500 domen ləğv olunub. Nəticədə, ölkədə ötən il ərzində domen artımı 3 min 699 domen təşkil edib. (AzərTAc)