Ölü heyvanlardan pul çıxaranlar - FOTOLAR

Bir çox Afrika ölkələrində olduğu kimi Toqo respublikasında da insanlar ailələrini dolandırmaq üçün bir sıra işlərə əl atırlar.

ANS PRESS-in məlumatına görə, Toqo respublikası iqtisadiyyatına görə inkişaf etməkdə olan ölkələrin siyahısına daxildir. Bir çox Afrika ölkələrində olduğu kimi Toqo respublikasında da insanlar ailələrini dolandırmaq üçün bir sıra işlərə əl atırlar. Afrikalı iş adamı bu ölkədə varlanmaq üçün maraqlı üsul seçib. Belə ki, o, ölkənin faunası hesabına varlanmaq qərarına gəlib. Vudu mərasimini keçirmək üçün ölmüş heyvanların orqanlarını toplayaraq satmaqla məşğul olur.

Xatırladaq ki, Toqo respublikası Afrikada yerləşən kiçik dövlətdir və əhalisinin sayı 6,1 milyon nəfərdir.

AzNews.az