00:56
(077) 610-22-33

Vanqa: “Rusiya dünyanın sahibi olacaq!” – Şok öngörü - Video

  • >
3 055 14 Mart 2014 21:54 | Maraqlı

Dünyaca məşhur Vanqanın öncəgörmələri ilə bağlı fikirlər Ukrayna ətrafında baş verən hadisələrdən sonra yenidən gündəmə gəlib.

​ "Axar.az" olaraq Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları ilə bağlı növbəti süjet Rusiyaya həsr olunub. Məşhur görücü öz proqnozlarında Üçüncü Dünya Müharibəsindən xəbər verməklə bərabər, Vladimir Putinin də adını xatırladır. O, Rusiyanın gələcəkdə dünyanın lideri olacağını söyləyir: "Hər şey buz kimi əriyir. Toxunulmaz qalan yalnız bir şey olacaq. Yaşasın Vladimir! Yaşasın Rusiya! Həddən artıq çox şey qurban verilib. Heç kim Rusiyanın qarşısını ala bilməyəcək. O, hər şeyi yolundan silib atmaqla nəinki özlüyünü qoruyub saxlayacaq, hətta dünyanın da sahibi olacaq". Süjeti hazırlayanlar bütün bunlarla bərabər, Vanqanın həyata keçən proqnozlarından sitatlar gətirirlər. Lakin hər kəsə hələ də maraqlı qalan Vanqanın son proqnozudur. Vanqanın Üçüncü Dünya Müharibəsi haqqında dediyi sözlər xüsus önəm daşıyır: "2011-ci ildə Ərəb dünyasında savaş başlayacaq. Hər kəs buna etinasız yanaşacaq".




AzNews.az
Bağla X