20:56
(077) 610-22-33

Azərbaycan rəqəmsal radioyayıma keçməyə hazırlaşır

  • >
1 195 18 Mart 2014 09:02 | Maraqlı

Azərbaycan rəqəmsal radioyayıma keçməyə hazırlaşır. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

İB-dən bildiriblər ki, yeni radioyayım standartına keçid rəqəmsal TV-yə keçid prinsipinə əsasən nəzərdə tutulur. Rəqəmsal radionun üstünlükləri yüksək keyfiyyətli səs, maneəyə davamlılıq, radiotezlik spektrinin daha səmərəli istifadə olunması və sairdir.

"Teleradio"dan qeyd ediblər ki, yeni radioyayım standartına keçid rəqəmsal TV-yə tam inteqrasiya olunduqdan sonra nəzərdə tutulub: "Rəqəmsal TV-yə inteqrasiya ilin sonunadək gözlənilir".

Qeyd edək ki, hazırda "Teleradio" İB rəqəmsal TV siqnalının davamlılığını təmin etmək üçün ehtiyat ötürücü aparatların quraşdırılmasına hazırlaşır. İlkin mərhələdə ehtiyat şəbəkə Bakıda yaradılacaq, sonra isə ölkənin bölgələrinə şamil olunacaq.

Dünyada rəqəmsal radioyayım standartı qismində DRM (Digital Radio Mondiale) nəzərdə tutulur. DRM siqnal maneələrindən yüksək qorunmaq qabiliyyətinə malikdir.

AzNews.az
Bağla X