12:54
(077) 610-22-33

Vəzifəli nurçularla bağlı daha bir ŞOK fakt- VİDEO

  • >
4 799 18 Mart 2014 11:36 | Maraqlı

"Milli Məclisinin deputatı Ceyhun Osmanlı, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov, Prezident yanında Strateji Araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin rəhbəri Elşad İsgəndərov eyni şəbəkədədir".

Bu barədə "Axar.az"ı bilgiləndirən mənbənin sözlərinə görə, Fərhad Məmmədov ististna olmaqla, adıçəkilən şəxslərin hər üçünün oğlunun adı Ömərdir. Nurçuların uşaqlarına Ömər adını qoymasının səbəbi isə Fətullah Gülənin və ümumiyyətlə, "nur hərəkatı"nın Həzrəti Ömərə olan sevgisindən irəli gəlir.

Mənbə onu da qeyd edib ki, Fərhad Məmmədov evli olsa da, övladı yoxdur və əgər onun da oğlu olsa, yəqin ki, adı Ömər olacaqdı.

Fətullah Gülənin Ömər sevdası

Fətullah Gülənin Həzrəti Ömərə olan sevgisi və onun haqqında dedikləri ilə bağlı internetdə yetərli qədər məlumat var. Onların arasından bir cümləni göstərmək kifayətdir:

1. "Əzrayıl, Cəbrayıl, Mikayıl, İsrafil və bütün mələklər yığılıb hökumət qursalar, ən yaxşı halda Ömərin hökuməti kimi olardı"

2. "Analar Ömər kimisini doğmaqda acizdir"

Saatı sağ qola taxmaq hardan gəlir?

Diqqəti çəkən ən ciddi xəbərlərdən biri də balaca Ömərlərin hər birinin hədiyyə saatları sağ qola taxmalarıdır.

Solaxay insanlar istisna olmaqla, hər kəs saatı sol qoluna taxır ki, sağ əli ilə onu tənzimləyə bilsin. Saatın sağ qola taxılması ilə bağlı Fətullah Gülənin fikirləri çox mətləbdən xəbər verir:

"Mələklər insanın sağ çiynində olur və bu səbəbdən saatın sağ qola taxılması daha bəyənliləndir".

Bu fikrin arxasında hansı məntiqin dayandığını deyə bilməyəcəyik. Çünki bu fikrin müəllifi Fətullah Güləndir.

Məsələ ilə bağlı adıçəkilən şəxslərlə bağlı əlaqə saxlamağa çalışsaq da, 3 şəxsdən heç biri telefona cavab vermədi.



AzNews.az
Bağla X