09:07
(077) 610-22-33

Valideynlər oğlanlarını 30 il daş qəfəsdə saxladılar

  • >
1 806 25 Mart 2014 19:49 | Maraqlı


Çində valideynlər ğz doğma övladlarını 30 il daş qəfəsə məhkum ediblər.

AzNews.az xəbər verir ki, Britaniyanın The Mirror dərgisinin jurnalistlərinin suallarına oğlanlarını öz əlləri ilə həbs edən çinli valideyn - qulyabanılar belə cavab veriblər: "Biz belə etdik ki, o başqalarına ziyan verməsin"
30 il valideynləri tərəfindən məhbəsə atılan 46 yaşlı çinli Xay Donqu Çinin cənub - şərqindəki Fuçzyan əyalətində bağ evlərinin birindən tapıblar. Doğma ata və ana oğlanları üçün xüsüsi olaraq daş qəfəs tikiblər ki, o "heç kəsə ziyan verməsin".
Oğlanın 16 yaşı olanda valideynləri onun əqli çatışmamazlığından utanaraq bu addıma əl atıblar. Valideynlərin sözlərinə görə onlar oğlanlarını həkimlərə göstəriblər, amma heç kim xəstəyə kömək edə bilməyib. Sonra isə ailənin pulu qurtarıb. O zaman ata - ana qərara alıblar ki, oğlanlarını ətraf aləmdən həmişəlik təcrid etsinlər.

Çete Vatau və Syao Xun Donqlar 70 yaşı haqlayıblar. Yaşadıqları yerin yaşlı şəxslərinin dediyinə görə onları öləndən sonra oğlanlarının taleyi narahat edir.

Zakir
AzNews.az

Bağla X