Sürücülər öz qayda pozmalarını internetdə görə biləcəklər


Moskva sürücüləri yol hərəkəti qaydalarını pozduqlqrı anları internetdə izləyə biləcəklər.

AzNews.az "İnterfax"a istinadən xəbər verir ki, 2014 - cü ilin sonlarına qədər Moskva hökuməti "Avtokod" adlı portal açacaq. Bu portal vasitəsi ilə sürücülər YHQ - nı pozmaları barədə bütün məlumatları əldə edə biləcək, stasionar xüsusi qurğular tərəfindən əldə edilmiş görüntülərə baxa biləcəklər. Bundan başqa qayda pozmalarına əmin olan sürücülər ona hər hansı xəbərdarlıq edilənə qədər cərimələrini ödəyə biləcəklər. Habelə sürücülər portal vasitəsi ilə cərimə ödəmək imkanına da malik olacaqlar.

Azər
AzNews.az