14:03
(077) 610-22-33

TQDK abituriyentlərə müraciət etdi

  • >
884 27 Mart 2014 10:27 | Maraqlı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə və kolleclərə sənəd verən abituriyentlərə müraciət edib.

Komissiyadan AzNews.az-a verilən məlumata görə, ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq "Abituriyent" jurnalının 2-ci sayında 2013-cü ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Komissiyadan bildirilib ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Buna görə də abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar: "Ali məktəblərə ötənilki qəbul imtahanlarının nəticələri ənənəvi olaraq TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirə edilib və təhlillər aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, abituriyentlərin bir qismi sadə və orta səviyyəli sualların həllində qənaətbəxş bilik və bacarıq nümayiş etdirsələr də, müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkiblər".

AzNews.az
Bağla X