18:36
(077) 610-22-33

Böyük Hun imperatorunun qəbri tapıldı - Foto

  • >
1 568 27 Mart 2014 21:18 | Maraqlı

Aparılan tikinti işləri zamanı böyük Hun imperatoru Atillanın qəbri tapılıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, qəbir Tuna çayının Macarıstanın paytaxtı Budapeşt şəhərindən keçən hissəsində körpü tikintisi zamanı aşkar edilib. Lorand Eötvös Universitetinin professoru, qəbrin tədqiqatı ilə məşğul olan tarixçi alim Albrext Rümşteyn bu tapıntının inanılmaz bir uğur olduğunu qeyd edir. Onun sözlərinə görə, bu vaxta qədər ancaq qədim hunlara aid olan at skeletləri və müxtəlif qablar tapılıb. Amma bu qəbir digərlərindən daha genişdir və qəbirdə qədim hunlarda Mars ilahəsinin Atilla üçün hazırladığı ilə bağlı əfsanələr dolaşan qılınc da tapılıb. "Müqəddəs müharibə qılıncı" adlandırılan bu qılıncın meteordan hazırlandığı iddia edilir. Alimlər hesab edir ki, bu qəbrin tapılması macarların kökü ilə bağlı uzun zamandır davam edən mübahisələrə son qoyacaq. Xatırladaq ki, qədim Roma mənbələrində "Tanrının bəlası" adlandırılan Atilla 434-453-cü illərdə hakimiyyətdə olub.



AzNews.az
Bağla X