First lady-ə qarşı irqi ayrı-seçkilik

İspaniyada dərc olunan "Magazine de Fuera de Serie" jurnalında dərc olunan şəkil ciddi səs-küyə səbəb olub. Jurnalın üz qabığında Fransız rəssamı Marie-Guillemine Benoistin çəkdiyi tabloya photoshopla dəyişiklik edilərək Mişel Obamanın sifət görüntüsü yerləşdirilib. Tabloda kölə qadının təsvir olunması isə işləri qarışdırıb. Ekspertlər bu dəyişikliyin "irqçilik" kimi qiymətləndirib.

Məqalədə "Hər uğurlu kişinin arxasında bir qadın var" cümləsi və Mişel Obama haqqında olan təriflər tənqidin qarşısını ala bilməyib. Mövzuyla bağlı gələn iradlara cavab olaraq jurnal şahzadə Diana və Abraham Lincoln da şəkillərinə eyni dəyişikliyi edib.

Səadət Abbaslı
AzNews.az