04:49
(077) 610-22-33

“İnternatlardan – Universitetlərə” təhsil – Tədbir

  • >
863 31 Mart 2014 11:35 | Maraqlı


"İnternatlardan – Universitetlərə təhsil strategiyasının təbliği" layihəsi çərçivəsində maarifləndirmə sessiyası keçirilib.

AzNews.az-ın məlumatına görə, layihə bir ay davam edib. Proqramın məqsədi ölkənin intellektual potensialının əsasını təşkil edən yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların formalaşması və valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı maarifləndirmə işinin aparılmasıdır.

Tədbir zamanı müasir təhsil sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevirdə Gülarə İbrahimova tərəfindən həyata keçirilib.

AzNews.az
Bağla X