Kiyevin “yatmış gözəl”-ləri

Kiyevin Milli Sənət Muzeyində maraqlı sərgi təşkil olunub. "Yatmış gözəl" adlı sərgidə Ukranyalı qadınlar onları öpərək oyandırmağı bacaran kişi ilə evlənməyə məcburdular.

2 həftədir davam edən sərgidə iştirak edən 5 yatmış gözəli hələ də oyandırmaq mümükün olmayıb. İştirakçılar 18 yaşında və subay olmalıdırlar. Sentyabrın 9-na qədər davam edəcək sərgidə uğurlu evliliklərin olacağına ümid edilir.

Səadət Abbaslı
AzNews.az