Qripə yoluxmamaq üçün oxuyun- Maraqlı

Yaz gəldi. Bu fəsil qışdan zəifləyərək çıxan orqanizm soyuqlama, qrip, allergik xəstəliklərə daha çox meyilli olur. Bəs bu kimi hallarla qarşılaşmamaq üçün nə etmək olar? Anspress-ə istinadən yazda sizin sağlamlığınızı qorumağa kömək edəcək ən faydalı 5 tərəvəzin təqdim edirik.

1. Tələm turşusu
Əsl kələm turşusu C vitamini və antioksidanlar ilə zəngindir. Turşu kələmdə adıçəkilən vitaminin miqdarı əsl kələmdəkindən daha çoxdur. Bu tərəvəz "minus kalori" adlanır. Çünki orqanizm kələmin həzm edilməsinə onun özünündən əldə etdiyindən çox kalori sərf edir.

2. Balqabaq
Təzə balqabaq şirəsi maddələr mübadiləsini yaxşılaşdırır. Balqabağın tərkibində sink, E, D vitamini dərini hamarlaşdırır. Bu tərəvəzin toxumu belə ciyərləri təmizləməyə kömək edir.
Onun lətindəki D vitamini sümüklərin, dişlərin möhkəmliyi üçün labüddür.

3. Pomidor şirəsi
Pomidorun tərkibindəki likopin ən yaxşı antioksidant mənbəyidir. Bu maddənin sutkalıq dozası 10-15 mq-dır. Likopin əldə etməyin ən yaxşı vasitəsi isə pomidorun şirəsidir.
Şirə arterial təyziqi azaldır. O hipertoniya və qlaukoma kimi xəstəliklərdə əvəzsiz vasitədir.

4. Ağ turp
Təbii antibiotik olan ağ turp mikroblara qarşı qoruyucu vasitələrlə zəngindir. Bu tərəvəz qış xəstəliklərinin əsas düşməni olan C vitamini ilə boldur. O, həm də sidikqovucu xüsusiyyətə malikdir. Turp və bal qarışığı öskürəyi kəsən ən yaxşı vasitədir. Yerkökü ilə birlikdə hazırlanan turp salatı isə qışdan sonra yaranan halsızlıqla mübarizədə kömək edir.

5. Yaşıl noxud
Noxudun tərkibi ürək fəaliyyəti üçün vacib olan sink, maqnezium, zülalla boldur. Onun içərisindəki B vitamini isə həm sinir sistemini möhkəmləndiri, adrenalin hormonu istehsalında yaxından iştirak edir, həm də hüceyrələrin enerji təminatını təmin edir.

AzNews.az