Vulkan 10 kilometr hündürlüyə püskürdü

Tunquraua bu gün püskürüb və proses cəmi 5 dəqiqə çəkib
Ekvadordakı Tunquraua vulkanının püskürməsi 10 kilometr hündürlüyə qədər çatıb.

ANS PRESS-in məlumatına görə, vulkan bu gün püskürüb və proses cəmi 5 dəqiqə çəkib.

Qeyd edək ki, Kito şəhərindən 130 kilometr cənubda yerləşən vulkanda fevral ayından yüksək fəallıq hiss edilir.

"Odlu boğaz" kimi tərcümə olunan Tunquraua 1999-cu ildən fəallaşıb. O, Ekvadorun səkkiz fəal vulkanından biridir.

AzNews.az