- Köhnə - Maraqlı
- 10 Aprel 2014 10:51
- 3 751
“Böyük İpək Yolu” BMT-nin rəsmi tərəfdaşı seçildi
2013-cü ilin fevral ayında BMT tərəfindən elan olunan müsabiqədə bütün dünyadan minlərlə gənclər təşkilatı iştirak edib. Müsabiqəni uğurla keçən təşkilat BMT baş katibinin Gənclər üzrə Nümayəndəsi tərəfindən rəsmi qaydada tanınan və əməkdaşlıq üçün rəsmi təsdiq alan təşkilatlar arasında yer alır.
BMT-nin sözügedən layihəsinin məqsədi Minilliyin İnkişaf Məqsədlərinin (MDG) 2015-ci ildə yenilənməsi dayanır. Bu yöndə gənclərin iştirak imkanlarını artırmaq və gəncləri narahat edən mövzuları həmin gündəliyə daxil etmək layihənin prioritet istiqamətidir.
Bunun üçün seçilmiş təşkilatlar tərəfindən bu sahədə xüsusi təbliğat işlərinin aparılması, həmçinin onlayn vasitələrlə sosial şəbəkələrdə gənclərin marağını artırmaq vacib məsələ olaraq diqqətə alınır. Layihə çərçivəsində qəbul olunmuş rəsmi haştag #GPY2015-dir.
"Böyük İpək Yolu" BGT 2012-ci ildə 27 ölkənin iştirakı ilə Azərbaycanda təsis olunub. Təşkilatın hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni –humanitar əlaqələrin yaradılması və əmkdaşlıq imkanlarının genişləndirilməsidir.
AzNews.az