- Köhnə - Maraqlı
- 30 Avqust 2012 18:10
- 5 038
Eyfel qülləsindən hündür hotel
Bu məhtəşəm binanın tikilişi 1994-cü ildə başlayıb. Binanın hündürlüyü 321 metr, fundamentinin dərinliyi 40 metr, sahildən uzaqlığı isə 280 metrdir. Bürc əl-Ərəb dünyada ən hündür hoteldir, Eyfel qülləsindən belə hündürdür, Empire State Building-dən isə cəmisi 60 metr balacadır.
Hotel ilk qonaqlarını 1 dekabr 1999-cu ildə qəbul edib. Hotelin tikintisində qiymətli ağaclardan, təbbi daşdan, dəridən və qiymətli daş-qaşlardan istifadə olunub. Hoteldə 8000 kv.m. təmiz qızıldan istifadə olunub və 202 otaq var və cəmi 1500 işçi çalışır.
Bahadur Eyuboğlu
AzNews.az