Atası körpəyə təyyarənin adını qoyub Atası körpəyə təyyarənin adını qoyub

Təyyarədə doğuş

Atası körpəyə təyyarənin adını qoyub



35 yaşlı Filippinli hamilə qadın Dubaydan Manilaya uçan zaman təyyarədə ağrıları başlayıb. Uçuş zamanı qadının halı pisləşdiyi üçün təyyarənin tualetinə keçib. Qadın təyyarədə olan həkimlərin köməyi ilə körpəsini dünyaya gətirib.

Erkən doğum edən qadının həyat yoldaşı körpəyə təyyarənin adını verib. Körpə və qadının sağlamlığı üçün təyyarə Vietnamda yerə endirilib. Erkən dünyaya gələn körpəni reanimasiyaya yerləşdiriblər.

Səadət Abbaslı
AzNews.az