15:35
(077) 610-22-33

Nəqliyyat kartlarının yüklənməsi üzrə yeni xidmət tətbiq ediləcək

  • >
1 122 15 Aprel 2014 15:48 | Maraqlı

Paytaxtın ödəniş terminallarında nəqliyyatda gediş haqqı üçün kartların ("Yolkart") balansını artırmaq mümkün olacaq. Bu məlumatı Trend-ə "Komtec" (MilliÖN ödəmə sisteminin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) və eManat özünəxidmət terminalları şəbəkəsinin məxsus olduğu "Modenis" şirkətindən təsdiqləyiblər.

"Modenis" şirkətindən Trend-ə bildiriblər ki, nəqliyyat kartlarının balansını artırmağın yeni üsulu ilin sonunadək əlçatan olacaq. "Yolkart"ın balansının artırılması xidmətinin açılması "Komtec" şirkətinin də perspektiv planlarına daxildir. Nəqliyyat kartlarının yüklənməsi üçün hərəkətlərin ardıcıllığı su və qaz sayğacları üçün smart-kartlara balans doldurulması proseduruna analoji olacaq.

"Yolkart" nəqliyyat kartları "Bank of Azerbaijan"ın "MasterCard" bazasında buraxılır. Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür. Hesablama qurğusu - validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq.

AzNews.az
Bağla X