04:43
(077) 610-22-33

3 yaşlı uşağın başını yedilər

  • >
1 454 15 Aprel 2014 20:40 | Maraqlı

Pakistanda tükürpərdici olay baş verib. Axtarış aparılan bir evdə 3 yaşında bir oğlan uşağına aid yeyilmiş baş tapılıb.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, hadisənin detalları isə daha qorxuncdur. Hadisəni törədən iki qardaşın əslində yaşadıqları qəsəbədəki qəbiristanlıqdan 100-dən çox cəsədi çıxararaq başlarını yedikləri bəlli olub.
Xəbərdə bildirilir ki, evdən gələn pis qoxu səbəbi ilə qonşular polisə xəbər veriblər. Polis evdə axtarış apararkən hadisənin üstü açılıb. Hadisəni törədən 30 yaşlı Məhəmməd Fərman və sonra 35 yaşlı böyük qardaşı Məhəmməd Arif həbs olunublar. Ən maraqlısı odur ki, 3 yaşlı uşağın başını yeməkdən əlavə qəbiristanlıqdan cəsədləri çıxararaq yeməkdə günahlandırılan Məhəmməd Fərman və Məhəmməd Arif qardaşları yalnız 2 il həbs cəzası alıblar.
Bunun qardaşların törətdiyi ilk hadisə olmadığı müəyyənləşib, bundan əvvəl də onlar yamyamlıqda günahlandırılaraq həbs olunublar. Həbsdən çıxdıqdan sonra isə onlar ölü insanları yeməyə davam ediblər.

Elman
AzNew.az
Bağla X