Sarkozi özünə yeni iş tapdı

Amerikanın investisiya bankı "Morgan Stanley" keçmiş Fransa prezidenti Nikolya Sarkoziyə iş təklifi edib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bank xüsusi seminarlarda iştirak etməsi üçün Sarkoziyə bir saata 200 min strelinq verəcəyini açıqlayıb.

Hələlik isə eks-prezidentin bankın təklifini qəbul edib-etməyəcəyi dəqiq bilinmir. Fransa mətbuatının yazdığına görə, Sarkozi bankın iş təklifini qəbul etmək istəyir. Qeyd edək ki, İngiltərənin keçmiş baş naziri Toni Bleyr də hazırda həmin bankda böyük pul müqabilində çalışır.

AzNews.az