12:11
(077) 610-22-33

Azərbaycanda Wi-Fi-a görə cərimələr olacaq

  • >
1 708 17 Aprel 2014 08:05 | Maraqlı

İnternetə simsiz çıxış üzrə kommersiya xidmətləri göstərən Wi-Fi-ın çıxış nöqtələrinin qeydiyyatdan keçməmiş sahibləri cərimələnə bilərlər. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, söhbət qeydiyyatsız istifadə olunan şəbəkəyə simsiz çıxış avadanlıqları haqqında gedir. Mülki istifadə üçün nəzərdə tutulan və müxtəlif tezlik resurslarında (0,3 vattdan bir giqahertsədək tezlikdə, eləcə də 0,3 vattdan yuxarı bir giqahertsdən yuxarı tezlikdə) Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmalıdır. Bundan əlavə, göstərilən avadanlıqlar nazirliyin Dövlət Radiotezliklər İdarəsində qeydiyyatdan keçməlidir.

Göstərilən kateqoriyalara WiMAX, GSM və digər standartlarda avadanlıqlar şamil edilir.

Avadanlıqlardan istifadə meyarları Nazirlər Kabinetinin 19 aprel 2004-cü il tarixli 54 saylı qərarı ilə müəyyən edilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, simsiz çıxış şəbəkəsində qanunsuz fəaliyyət göstərən avadanlıqların sahiblərinə pozulmaların aradan qaldırmasına qədər radioelektron vasitələrdən istifadənin dayandırılması haqqında təlimat göndəriləcək.

DRİ ölkədə radioelektron avadanlıqların qeydiyyatı və istismarına nəzarət həyata keçirir.


AzNews.az
Bağla X