15:03
(077) 610-22-33

Ən ağır iş mənim işimdir? - MÜZAKİRƏ

  • >
1 358 17 Aprel 2014 12:06 | Maraqlı

Dünyada ən çətin iş hansıdır? Bu suala, yəqin ki, hər kəsin öz cavabı var. Axı hər kəs öz işini ən ağır iş hesab edir.

Fiziki işlə məşğul olanlar əmindirlər ki, onların işindən ağır iş yoxdur. Ən çətin və ən nankor iş fiziki işdir, deyə düşünürlər. Onlar üçün ofis planktonu olmaq daha yaxşıdır. Təmiz ofislərdə otururlar, hələ bir yorğunluqdan narazılıq da edirlər.

Day.Az saytı xəbər verir ki, zehni işlə məşğul olanlar da öz növbələrində hesab edirlər ki, bu, dünyada ən ağır işdir. Çünki istedad tələb edir. Onlar da düşünürlər ki, kranın rıçağını tutmaq elə də çətin deyil. Hələ bir o kranın tikdiyi binanın layihəsini hazırlasınlar görək. Bellə işləməyi hər kəs bacarır, ancaq kompüter proqramı hazırlamağı tək-tək adamlar bacarırlar. Bunun üçün daha çox enerji və sağlamlıq xərclənilir.

Belə düşüncə də var ki, ən çətin iş əmək haqqı az olan işdir. Hətta bütün günü iş vaxtının qurtarmasını gözləyərək oyun oynasan belə. Axı bekarçılıq da adamı bezdirir, elə deyil?

Bəs siz necə düşünürsünüz, əziz oxucular? Dünyanın ən çətin işi hansıdır?

Fikirlərinizi aşağıdakı şərh bölməsində qeyd edə bilərsiniz. (milli.az)

Bağla X