Xəstənin qarnından 5 kq qızıl çıxdı

Hindistanın paytaxtı Dehlinin klinikalarından birində iş adamının mədəsindən 12 qızıl külçə çıxarılıb.

63 yaşlı kişi mədəsində güclü ağrılar, qəbizlik və ürəkbulanma səbəbindən xəstəxanaya qaldırılıb. Kişi arvadı ilə davadan sonra udduğu butulka tıxacı üzündən mədəsinin ağrıya biləcəyini deyib.

Ancaq üç saatlıq əməliyyat nəticəsində həkimlər onun mədəsində daha qiymətli əşyalar - hər birinin 400 qram çəkisi olan 12 qızı külçə, yəni bütünlükdə 4,8 kiloqram qızıl çıxarıblar. Cərrah indiyə kimi belə şeylə rastlaşmadığını bildirib. "Bir dəfə xəstənin sidik kisəsindən bir kiloqram çəkisi olan daş çıxarmışdım, amma mədədə qızıl tapmaq inanılmazdır",- deyə doktor Si Es Ramaşandran bildirib.

Əməliyyatdan sonra polis və gömrük xidmətinin əməkdaşları xəstəni dindiriblər və qızılı müsadirə ediblər.(ANS)