- Köhnə - Maraqlı
- 23 Aprel 2014 13:06
- 4 827
Sürücülük hüququnu məhdudlaşdıran bal həddi qaldırıldı
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, məcəllənin 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
Hazırda bu rəqəm 12-dir.
Layihə Milli Məclisin plenar cilasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.
AzNews.az