Ağ ev bu pivənin reseptini açıqladı Ağ ev bu pivənin reseptini açıqladı

Obama ballı pivə içir

Ağ ev bu pivənin reseptini açıqladı

Ağ evin köməkçi aşbazı Sam Kass Amerika tarixində ilk dəfə Barak Obamanın içdiyi ballı pivənin reseptini ictimaiyyətə açıqlayıb. O, bu addımı Demokrat Partiyanı dəstəkləyənlər və online pivə fanatiklərindən gələn xahişləri nəzərə alaraq atıb.

Qəhvərəngli pivəyə xüsusi aroma verən bal Ağ evin Cənub Qapısındakı şanlardan çıxarılıdığını bildirən Sam bu özəl resepti bütün amerika xalqı ilə bölüşüb. Seçki kompaniyaları zamanı xalqla bərabər pivə içən Obama qeyri-rəsmi iclaslar zamanı masadan pivəni əskik etmir.

Obamadan əvvəl köhnə prezidentlərdən Corc Vaşinqtonun pivə və viski, Tomas Ceffersonun isə şərab hazırlama maşını olduğunu deyən Sam pivənin Ağ ev tarixində ilk olduğunu bildirib.

Səadət Abbaslı
AzNews.az