Prezidentin saat kolleksiyası 20 milyon dollar civarındadır Prezidentin saat kolleksiyası 20 milyon dollar civarındadır

Putinin 75 min dollarlıq ayaqyolusu

Prezidentin saat kolleksiyası 20 milyon dollar civarındadır


Rusiya prezidenti Putinin saat kolleksiyasının qiyməti 10 milyon dollarla hesablanır. Prezident özü isə 75 min dollarlıq ayaqyolundan istifadə edir. AzNews.az-ın məlumatına görə, bu barədə "The Guardian" qəzeti yazıb. Məlumata görə, Putin təmtəraqlı yaşamı və bahalı əşyaları çox sevir:"Putin Rusiyanın keçmiş çarları kimi rahat yaşamağa üstünlük verir" .

Məlumatda bildirilir ki, onun bir neçə bahalı qızıl saatı, onlarla sarayı və çox miqdarda sərvəti var: "Hazırda onun 20 sarayı, 58 təyyarə və helikopterı, bir neçə qayıq və gəmisi var. Ona məxsus yaxtaların hər birinin 10 milyonlarla dəyəri var". Qəzet Putinin saat kolleksiyasının qiymətinın də 10 milyon dollar hesab edildiyini vurgulayıb.

Məqalə müəllifi qeyd edir ki, prezidentin geyim, əyləncə və səfər xərcləri son zamanlar daha çox artmağa başlayıb. Rusiyada 20 milyon insanın aclıq çəkdiyinə işarə vuran qəzet prezident və onun ətrafının təmtəraqlı həyat tərzini Putinin sonsuz gücə sahib olması ilə izah edir.

Alpər
AzNews.az