Gələn il rəsədxanada turist şəhərciyi açılacaq

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında turist şəhərciyinin tikintisi 2013-cü ildə başa çatdırılacaq.

Bu barədə məlumatı AzNews.az-a Rəsədxananın direktoru Əyyub Kərimov verib. Rəsədxana direktorunun sözlərinə görə, 10 kotejdən ibarət turist şəhərciyi rəsədxanaya yerli və xarici turistlərin cəlb edilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə yardım göstərəcək.

Rəsadxanada aparılan təmir və yenidənqurma tədbirləri çərçivəsində əməkdaşlar üçün evlərin tikintisi isə artıq başa çatdırılıb. Rəsədxananın 60 əməkdaşı yeni mənzillərə köçürülüb.

Lakin hələlik turizm obyektlərinin idarəsinin kimə həvalə olunacağı müzakirə edilməyib.

E.Əlosmanqızı
AzNews.az