Eşşək və it ilə dünya turuna çıxdı

Fransada pianino təmirçisi işləyən Fortgeot eşşəyi və iti ilə dünya turuna çıxıb. Julien Fortgeot 6 gün əvvəl İpsaladan Türkiyəyə gəlib.

"Maga" adlı iti və "Samedli" adlı eşşəyi ilə gəzən Julien heyvanların daha sədaqətli olduğunu bildirib. Türkiyədən sonra İran, İraq, Əfqanıstan, Pakistan və Hindistana gedəcəyini bildirən Julien başına gələn bütün hadisələri qələmə alır.

Turu bitirdikdən sonra qeyd dəftərindəki məlumatlardan bir kitab yazacağını deyib.

Səadət Abbaslı
AzNews.az