Jurnalist həkimləri dişlədi - FOTO

İraqda CNN telekanalının beynəlxalq müxbiri Arva Deymon polis tərəfindən saxlanılıb. anspress-in məlumatına görə, sərxoş olan jurnalist ona kömək etmək istəyən təcili tibbi yardım xidmətinin iki əməkdaşını dişləyib.

Hadisə ABŞ-ın İraqdakı səfirliyinin ərazisində baş verib. Həkimlər Deymonu məhkəməyə verib.
Ağlı başına gəldikdən sonra jurnalist xəsarət yetirdiyi həkimlər üzr istəyib. O, həmin vaxt nələrin baş verdiyini, nə etdiyini xatırlamadığını deyib.

Həkimlər isə Deymonın üzrxahlığını qəbul etsələr də 1 milyon dollar dəyərində konpensasiya tələb ediblər.

Qeyd edək ki, Arva Deymon 2006-cı ildən CNN-in Yaxın Şərqdə xüsusi müxbiridir. O, Suriyanın sabiq baş naziri Muhsin əl-Barazinin nəvəsidir.



AzNews.az