Prezidentin qızından xəbər saytına böyük diqqət - Foto

Prezident İlham Əliyevin qızı Arzu Əliyeva özünün Facebook səhifəsində "Ann.az" xəbər portalına təşəkkür edib.

AzNews.az xəbər verir ki, xanım Əliyeva bu gün özünün "VIP Arzu Aliyeva" adlı rəsmi səhifəsini bəyənənlərin sayının 50 minə çatdığını yazıb.

Arzu Əliyeva buna görə öz səhifəsinin bütün üzvlərinə təşəkkür edib, həmçinin səhifəsindəki paylaşımları diqqətdə saxlayan ANN.Az xəbər portalına xüsusi təşəkkürünü çatdırıb.

Qeyd edək ki, ANN.Az xəbər portalının əsası 2011-ci ildə qoyulub. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən portalın əsas vəzifəsi Azərbaycanın sosial və mədəni həyatında baş verən yenilikləri ictimaiyyətə çatdırmaqdır.