00:30
(077) 610-22-33

Dünyanın ən qorxunc avtomobil yolları - FOTOLAR

  • >
4 182 10 Avqust 2014 13:02 | Maraqlı

Bəzi yolların olduqca mənzərəli olmasına baxmayaraq, bitməyən ziqzaqlar sürücülər üçün tam bir kabusdur. Bu yollardan istifadə etmək üçün böyük sürücülük qabiliyyətinə malik olmaq belə bəzən kifayət etməyə bilər. Belə yollarda ani bir diqqətsizlik faciəvi qəzalara yola aça bilər.

Musavat.com bu yazıda sizə dünyanın ən təhlükəli bir neçə yolundan xəbər verəcək.


Ölüm yolu (Boliviya)



"Ölüm Yolu" olaraq, bilinən Şimali Yunqas yolu 61-69 kilometr uzunluğunda, La Pazdan Coroicoya (Boliviya paytaxtından Amazon bölgəsinə) uzanır. Boliviyanın Yunqas bölgəsində yer alan yol, həddindən artıq təhlükəli olması ilə tanınır.

"Inter-American Development Bank" 1995-ci ildə bura "dünyanın ən təhlükəli yolu" ünvanını verdi. Hər il 200-300 ziyarətçinin həyatını itirdiyi yolda avtomobillərin qəza keçirdiyi nöqtələr işarələnir.

2006-ci ilin sonunda La Pazdan Coroicoya uzanan, istehsalı 20 ildə tamamlanan yeni bir yol açıldı. Yeni yolun üzərində körpü, kanalizasiya sistemi, səki, baryer kimi müasir strukturlar yer alır.

Guolianq körpü yolu (Çin)



Taihanq dağları üzərindəki yol yerli kəndlilər tərəfindən düzəldilib. 1,200 metr uzunluğundakı tunel 5 metr yüksəkliyində və 4 metr genişliyindədir. Bəzi kəndlilər tikinti mərhələsində qəza keçirərək həyatlarını itirsələr də, tikinti işləri davam edib. 1 may 1977-ci ildə hərəkətə açılan yol, Çindəki Hunan əyalətindədir.

Aricadan İquiquyə Uzanan Yol (Çili)
Aricadan İquiquyə uzanan yol təhlükəli olması ilə tanınır. Dərin vadiləri yaran yolda bir neçə avtomobil və ya avtobus görmək mümkün olsa da, bu vasitələr o qədər sürətli gedir ki, sanki ölümə meydan oxuyurlar.

Sibir bölgəsindən Yakutska uzanan yol (Rusiya)




Rusiya Federal baş yolu Moskva və Yakutsku bir-birinə bağlayan, Antarktida xaricindəki ən aşağı hava temperaturunun olduğu yerdir. Eyni zamanda Yakutsk donmuş quru parçası üzərində qurulan ən böyük şəhərdir. Bəzi evlər donmuş səth səbəbi ilə tamamilə beton örtülüdür.

Təxminən 10 ay davam edən qış mövsümü boyunca Yakutsk içində və xaricində maşın sürmək ağır iqlim şərtlərində yol getməyi bacaran üçün belə, çətin olar. Asfalt örtüyü olmayan yol yaz aylarında palçıqla örtülür. Minlərlə avtomobilin palçığa batıb, qalması ilə oğurluq və sərnişinləri qaçırma kimi cinayətlər meydana gəlir. Bu kəslərə də "Sibirin palçıq quldurları" deyirlər.

Patiopoulo-Perdikaki yolu (Yunanıstan)



Yunanıstanda Patiopoulodan Perdikakiyə uzanan yol çox dar və sıx bir haldadır. Yol üzərindəki böyük çuxurlar avtomobillər üçün böyük təhlükə meydana gətirir. Hər il piyadaların, heyvanların, yük maşınlarının, avtobusların və avtomobillərin üzərindən keçdiyi bu yolda bir çox insan həyatını itirir. Xüsusilə də bu yolda qəzalar ən çox gecə saatlarında meydana gəlir.

Trollstigen (Norveç)





"Trol Pilləkəni" olaraq bilinən Trollstigen Norveçdə olan bir dağ yoludur. Turistlərin marağını çəkən dar yol iti virajlara sahibdir. Son illərdə genişləndirilmiş olmasına baxmayaraq, 12,4 metrdən çox uzunluğa sahib olan nəqliyyat vasitələrinin yola girməsi qadağandır. Ən yuxarıda ziyarətçilərin öz avtomobillərini etibar edə biləcəkləri bir avtopark var. O nöqtədən etibarən 10 dəqiqəlik bir yürüyüşdən sonra yolu və Stiqfossen şəlaləsini ehtiva edən müdhiş bir mənzərə ilə qarşılaşırsınız.
Bağla X