ABŞ-da qeyri-adi hadisə baş verib. ABŞ-da qeyri-adi hadisə baş verib.

İt bələdiyyə sədri seçildi

ABŞ-da qeyri-adi hadisə baş verib.



anspress-in məlumatına görə, ABŞ-ın Minnesota əyalətində kiçik bir bölgədə it bələdiyyə sədri seçilib. Duke adlı köpək 7 yaşındadır. Bələdiyyə sədrini seçmək üçün 12 səs kifayət edib. Hərəyə bir dollar ödəməklə seçkidə iştirak edən bölgə sakinləri səslərini Dukeyə veriblər.

İtin 16 avqust tarixində keçiriləcək mərasimlə rəsmi olaraq vəzifəyə başlayacağı açıqlanıb. Dukenin seçilməsində onun rəqibinin olmaması xüsusi rol oynayıb.

İt vəzifədə qaldığı müddət ərzində bölgədəki bir mağaza sahibinin hədiyyə etdiyi yeməkləri pulsuz yeyəbiləcək.

Qeyd edək ki, Amerikada daha əvvəl də belə hal baş verib. Alyaskada bir pişik bələdiyyənin fəxri sədri seçilmişdi. Alyaskanın Talketna kəndində 17 il müddətində bu vəzifədə qalan pişiyə 2013-ci ildə bir it tərəfindən hücum olub. Yerli mətbuat isə hadisədən sonra "fəxri sədirə sui-qəsd edildi" başlığı ilə xəbər yayımlamışdı.

AzNews.az