Böyük Britaniyanın “Gentlemens Quarterly” (GQ) jurnalının rus dilində nəşr olunan sayının bu dəfəki qəhrəmanı 30 yaşlı italyan model Byanka Balti olub. Böyük Britaniyanın “Gentlemens Quarterly” (GQ) jurnalının rus dilində nəşr olunan sayının bu dəfəki qəhrəmanı 30 yaşlı italyan model Byanka Balti olub.

Monikanın rəqibi olan Azərbaycan əsilli model – Fotolar

Böyük Britaniyanın “Gentlemens Quarterly” (GQ) jurnalının rus dilində nəşr olunan sayının bu dəfəki qəhrəmanı 30 yaşlı italyan model Byanka Balti olub.

AzNews.az-ın məlumatına görə, son illər podiumda yüksəlməkdə olan bu model tədricən italyanların ürəklərində Monika Beluççinin yerini tutmaqdadır.

Göygöz, şabalıdı saçlı Byanka Balti karyerasına Milandan 10 kilometr məsafədə yerləşən Karuqate şəhərinin supermarketində başlayıb. 19 yaşlı Byanka deyir ki, marketin məişət əşyaları satan şöbəsində piştaxtanın arxasında monoton cansıxıcı günlərini keçirirdi və Milana getməyi arzulayırdı.

Model biznesinə isə Byanka 2004-cü ildə gəlir. Özü də təsadüfən.
Supermarketə daxil olan reklam meneceri qızı görür və onu Milanda çəkiləşə getməyə razı salır.

Studiada ilk fotosessiyasına Byanka Balti anası ilə birlikdə gəlir, bir neçə aydan sonra isə jurnalların, qəzetlərin üzlüklərinə - əsas səhifələrinə çıxır.

İndi onun 30 yaşı, qızı və keçmiş həyat yoldaşı var. Nə qədər yüksək səslənmiş olsa da, tədricən Balti italyanların ürəyində Monika Beluççinin yerini tutur.

Boyu 176 sm, çəkisi 56 kq, bədən qruluşu isə 80-58-86.5 olan Balti bu yaxınlarda Monika ilə birlikdə "Dolce & Gabbana" brendinin yeni reklam kompaniyasına da çəkilib.

Onu da qeyd edək ki, 1984-cü ilin martın 19-da İtaliyanın Lombardiya volayətinin Lodi şəhərində dünyaya gələn Byankanın atası italiyan, anası isə Azərbaycan türküdür və İran əsillidir.

Byanka Balti son illərdə bir neçə dəfə Azərbaycanda da səfərdə olub.











AzNews.az