22:31
(077) 610-22-33

Doğmaları tərəfindən bədbəxt edilən məşhurlar - Şok fotolar

  • >
3 291 14 Avqust 2014 15:52 | Maraqlı

Hindistanda asid turşusu hücumlarından sağ qalan,lakin üz nayihəsindən ciddi xəsarət alan şəxslər üçün yeni geyimlərin nümayişi keçirilib.

AzNews.az-ın məlumatına görə, geyimlər 4 il əvvəl üzünə asid turşusu tökülən hindli qadın tərəfindən dizayn edilib.
Dizayner Rupa və onun rəfiqələri - Rita, Sonam, Laxmi və Şanşal geyim nümayişinin modelləri olublar.

Məlumat üçün bildirək ki, Rupa 2008-ci ildə ögey anasının törətdiyi əməlin qurbanı olub. Ögey ana onun üzünə asid turşusu atıb. Hadisədən 6 saat keçdikdən sonra dayısı tərəfindən xəstəxanaya çatdırılıb. Burada o 3 ay qalıb və 11 əməliyyat keçirib. Rupanın dayısı onu öz evinə aparıb, müalicəsinin bütün xərclərini ödəyib. Üzündəki yanıqlara görə, Rupa iş tapa bilməyib.

22 yaşlı Rupa "Daily Mail" jurnalına bildirib ki, dizayner olmaq istəyini reallaşdıra bilməyib: "Mənə qarşı bu əməldən sonra həyatımda süstlük yarandı. Üzümdəki ləkələrdən o qədər utanırdım ki, şərflə bağlanırdım.

Hücumdan sonra Rupa Şhaon adlı şəxsin rəhbərlik etdiyi "Asid hücumlarını durdurun" Xeyriyyə Cəmiyyəti ilə birgə çalışmağa və qadın geyimlərinin dizaynı ilə məşğul olmağa başlayıb.

Artıq cəmiyyət Rupaya Dehlidə şəxsi geyim dükanı açmaq üçün lazım olan vəsait ayırmağa hazır olduğunu bildirib. Bu dükanda asid hücumuna məruz qalan digər qadınlar da işləyə biləcək.

Rupa deyib ki, Şhaon ona yenidən özünə güvənməyə kömək edib: "Həmişə dəb və dərziliyi sevmişəm. Lakin inanmazdım ki, mənim şəxsi etiketim olacaq. Bu mənim geyimlərimin ilk nümayişidir".
Nümayişin fotoqrafı Saharan isə qadınbların bu addımını "Gözəllik və cəsarət" adlandırıb.

Qeyd edək ki, asid turşusu ilə sifət yandırmaq Hindistanda "dəbdə olan" cəza
üsuludur.

Aydan
AzNews.az
Bağla X