“Kurtlar Vadisi”ndə oğurluq maşın- 13 il sonra tapıldı

Türkiyənin ən populyar seriallarından olan "Kurtlar Vadisi" bu dəfə fərqli bir mövzu ilə gündəmə gəlib.

AzNews.az xəbər verirki 13 il əvvəl yük avtomobillərini oğurladan ailə öz maşınlarını bu serial vasitəsi ilə tapıblar. Fikri Yılmaz adlı şəxs avtomobillərini Kurtlar Vadisindəki qarşıdurma səhnəsində gördüklərini bildirib. Oğurlandıqdan 7 gün sonra polislər tərəfindən tapıldığı iddia edilən maşın 13 il avtoparkda qalıb. Avtomobillərini tapdıqlarına sevinən ailənin bu sevinci çox uzun çəkməyib. Maşınlarını götürmək üçün avtoparka gedən ailəni bu dəfə cərimə şok edib. Onlar maşınlarının avtoparkda uzun müddət qalmasına görə, yerli pulla 47 min TL cərimə olunublar. Bu cərimə ilə razılaşmayan ailə məhkəməyə müraciət edəcək.

Xəyal
AzNews.az