“Forbes”in milyarderlər siyahısında 21 milyard dollarlıq sərvətilə 32-ci sırada yer alan Səudiyyə şahzadəsi Əl Vəlid bin Talal mülkiyyətini genişləndirməkdən doymur. “Forbes”in milyarderlər siyahısında 21 milyard dollarlıq sərvətilə 32-ci sırada yer alan Səudiyyə şahzadəsi Əl Vəlid bin Talal mülkiyyətini genişləndirməkdən doymur.

Ərəb şəhzadəsi indi də Yunanıstanın adasını almaq istəyir

“Forbes”in milyarderlər siyahısında 21 milyard dollarlıq sərvətilə 32-ci sırada yer alan Səudiyyə şahzadəsi Əl Vəlid bin Talal mülkiyyətini genişləndirməkdən doymur.



Anspress-in məlumatına görə, Yunanıstanın Girit adasına axırıncı ziyarətindən sonra oradakı adalardan birini çox bəyənən şahzadə Talal oranı almaq qərarına gəlib. O, bu barədə istəyini Yunanıstanın turizm naziri Olqa Kefaloqianniyə çatdırıb.

Talalın almaq istədiyi Dia adası Misirin Heraklion şəhərindən təxminən 6 dəniz mili (təqxminən 11 km) şimalda yerləşir. 5 kilometr uzunluqda, 3 kilometr genişlikdə olan adada bir liman və sadəcə çimərlik var.

Maksimum 220 metr yüksəkliyə sahib olan ada, orta əsr və antik dövr dənizçiliyində əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, dünyanın ən varlı biznesmenlərindən biri olan Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid bin Talal ötən il "Forbes" jurnalını onun sərvətini az göstərdiyi və 10-luğa salmadığı üçün məhkəməyə vermişdi.

AzNews.az