04:07
(077) 610-22-33

Məşhurların musiqi haqda fikirləri

  • >
4 781 26 Avqust 2014 19:00 | Maraqlı

AzNews.az məşhurların musiqi haqda fikirlərini təqdim edir:


1. Fridrix Nitşe: Musiqisiz dünya səhv olardı.

2. Albert Eynşteyn: Əgər fizik olmasaydım, məmnuniyyətlə musiqiçi olardım.
Mən həmişə musiqi içində düşünürəm. Mən həyatımı musiqi içində görürəm.

3. Henrix Hayne:.Harda ki, sözlər tərk edib gedir o yerdə musiqi başlanır.

4. Çarlz Darvin: Əgər həyatımı yenidən yaşamalı olsaydım, ən azı hər həftə şeir oxumağı, musiqi dinləməyi özümə qayda edərdim.

5. Maya Angelou: Kainatda hər şeyin ritmi var, hər şey rəqs edir.

6. Leopold Stokovski: Rəssam öz əsərini kətan üzərində çəkir, amma musiqiçilər öz şəkillərini sükut üzərində çəkirlər.

7. Henri Longfellou : Musiqi bəşəriyyətin universal dilidir.

8. Marilyn Manson : Musiqi sehrbazlığın ən güclü formasıdır.

9 J. M. Barrie: Əgər mənə uçmağı öyrədə bilmirsənsə, mahnı oxumağı öyrət.

10. Xəlil Cibran: Musiqi ruhun dilidir. O həyatın sirrini açır

11. Lao Tzu: Qəlbdə olan musiqi kainat tərəfindən eşidilə bilər.

12. Hans Kristian Anderson: Sözlər danışa bilmədiyi yerdə musiqi danışır

13. Jeyn Austen: Musiqisiz həyat mənə boş vərəq kimi görünərdi.


14 Stefen Sondheim : Əgər uçmağı bacarmıramsa, icazə ver oxuyum.

15 Benjamin Disraeli : İnsanların çoxu musiqiləri daxillərində qıfıllanmış halda ölüb gedirlər.


16. Fredrix Richter: Musiqi həyatın qaranlıq gecəsində ay işığıdır.


17. Bono: Musiqi dünyanı dəyişə bilər, çünki o, insanları dəyişə bilir


Tərcüməçi : Sevil Gültən
Bağla X