02:21
(077) 610-22-33

Kişilər 10 min ildir qadınlar uğrunda savaşır

  • >
625 13 Sentyabr 2012 08:23 | Maraqlı

Kişilərin hələ 10 min 500 il bundan əvvəl qadınlar üçün savaşdıqlarını təsdiqləyən faktlar ortaya çıxıb. Türkiyənin Çumra bölgəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan kəllələr belə deməyə əsas verir.

Arxeoloji qazıntıya rəhbərlik edən Liverpul Universitetinin arxeologiya fakültəsinin mütəxəssisi Duqlas Baird tapılan kəllə sümüklərinin qadınlar uğrunda savaşlardan sonra kəsilərək gətirilən kəllələr olduğunu bildirib.

İnsan sümükləri üzərində aparılan tədqiqatlar bölgədə iki ayrı qrupun yaşadığını göstərib. Ərazidə bədənindən ayrılan başları incələyən arxeoloqların rəhbəri "O zamanlar insanlar ölüləri evlərdə basdırırdılar. Amma zibillik kimi istifadə olunan ərazidə durum fərqlidir" deyə vurğulayıb. Bildirib ki, həmin kəllələr üzərində Liverpul Universitetində aparılan izotop analizi fərqlilikləri ortaya çıxarıb: "Bu kəllələr ərazidə yaşayanlara aid deyil. Analizlər iki qrup arasında savaşın olduğunu və kəllələrin kəsilərək hədiyyə kimi qadınlara gətirildiyini göstərib".

E.Əlosmanqızı
AzNews.az
Bağla X