17:12
(077) 610-22-33

Səmada 10 mərtəbəli bina böyüklükdə asteroid göründü

  • >
668 14 Sentyabr 2012 13:31 | Maraqlı

Sentyabrın 14-də gecə Yerin üzərindən böyük həcmli asteroid keçib. Bizim planetdən 3 milyon km məsafədən keçən asteroidi ancaq böyük teleskop vasitəsilə müşahidə etmək mümkün olub.

Mütəxəssislər asteroidin böyüklüyünü 10 mərtəbəli evlə müqayisə ediblər. Onun hərəkəti təhlükəli hesab edilsə də, sonradan hərəkət trayektoriyası öyrənilərək narahatlıq üçün əsas olmadığı müəyyənləşdirilib. Növbəti dəfə asteroidin 2039-cu ildə Yerə daha yaxın məsafədən keçəcəyi ğözlənilir.

AMEA-nın Şamaxı Asrtofizika Rəsədxanasının direktoru Əyyub Quliyev AzNews.az-a asteroidin hərəkətinin Azərbaycandan müşahidə olunmadığını bildirb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X