Günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 kilometr məsafəni qət edib. Günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 kilometr məsafəni qət edib.

Daha benzinə ehtiyac olmayacaq -VİDEO+FOTO

Günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 kilometr məsafəni qət edib.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı "Agence France-Presse" agentliyi yazıb.

Qeyri-adi avtomobil insanların marağına səbəb olub. "Stella" avtomobili tam enerji ilə 800 kilometr məsafəni qət edə bilir. Avtomobil saatda orta hesabla 70 kilometr sürətlə hərəkət edir, maksimal sürəti saatda 120 kilometrdir. Maşın Hollandiyanın "Solar Team Eindhoven" komandası tərəfindən hazırlanıb.

"Stella" avtomobili üçün günəş batareyalarının qiyməti 2600 avro məbləğindədir. Maşının korpusunda alüminium və karbon lifi materiallarından istifadə edilib. Buna görə avtomobilin çəkisi təxminən 380 kiloqram təşkil edir.

Mühəndislər hələ Eyndhoven Texniki Universitetində təhsil alarkən günəş batareyaları ilə işləyən avtomobilin yaradılması ilə məşğul olmağa başlayıblar. Komanda sentyabrın birinci yarısında ABŞ-ın Detroyt ştatında 21-ci Beynəlxalq intellektual nəqliyyat sistemləri konqresində maşını nümayiş etdirib.