Təcavüzə qarşı eynək

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən detektivlik şirkətinin sahibi Bilal Kartal təcavüzə qarşı eynək hazırlayıb. Yeni eynək arxadan yaxınlaşaraq təcavüz edilməsinin qarşısını almaqda zərif cinsin nümayəndələrinə yardım edəcək.

Eynəyin iç tərəfində yerləşdirilən və avtomobil güzgüləri kimi iki arxa yan tərəfi göstərən eynəyin ilkin olaraq 50 lirədən satılması planlaşdırılır. İstanbulda keçirilən sərgidə nümayiş etdirilən eynək böyük maraq qazanıb.

E.Əlosmanqızı
AzNews.az