NASA alimləri öz fikirlərini günəş səthində baş verəcək güclü partlayışla əsaslandırıblar NASA alimləri öz fikirlərini günəş səthində baş verəcək güclü partlayışla əsaslandırıblar

Sabah - 22.09.2012 dünyanın sonudur

NASA alimləri öz fikirlərini günəş səthində baş verəcək güclü partlayışla əsaslandırıblar



Dünyanın sonu barədə gündə bir proqnoz verilir. Belə proqnozlardan birini də NASA alimləri verib. AzNews.az-ın kp.ru saytına istinadən verdiyi xəbərə görə, sabah 22 sentyabr 2012-ci il dünyanın son günüdür.

NASA alimləri öz fikirlərini günəş səthində baş verəcək güclü partlayışla əsaslandırıblar. Hesab edirlər ki, günəş səthində sabah verəcək güclü partlayışlar qlobal fəlakətə səbəb ola bilər. Hətta hesabat müəlliflərindən biri Daniel Beyker qiyamətin əlamətlərinə yaxın hadisələrin baş verəcəyini deyib.

O, bildirib ki, ilkin olaraq yer səthində elektromaqnit dalğaları yaranacaq, günəş səthində parıltılar seziləcək, elektrik naqilləri sıradan çıxacaq. Nəticədə yalnız ABŞ-da 130 milyon insan elektrik enerjisiz qalacaq.

Qeyd edək ki, bu günəşdəki aktivliyi müşahidə NASA alimlərinin birinci xəbərdarlığı deyil. Belə ki, hələ 3 il bundan əvvəl NASA mütəxəssisləri 2009-cu ildə dünyanın dağılacağı ilə bağlı proqnoz vermişdilər. Həmin vaxt bu məlumat insanlar arasında böyük panikaya səbəb olmuşdu. Nəzərə alsaq ki, "2012" filmdə bu qəbildən idi və insanlar arasında yalnız yaxşı film təəssüratı yaratmaqdan başqa bi işə yaramadı.

Sadiq Musa
AzNews.az