Gürcü lideri dəfələrlə kosmetoloji və dermotoloji baxımdan keçib Gürcü lideri dəfələrlə kosmetoloji və dermotoloji baxımdan keçib

Prezident Saakaşvilinin botoks marağı

Gürcü lideri dəfələrlə kosmetoloji və dermotoloji baxımdan keçib



Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə ABŞ, Almaniya, Türkiyə, İtalya klinikalarında büdcə vəsaiti hesabına kosmetoloji və dermotoloji baxımdan keçib. Bu barədə məlumat "Maestro" telekanalında GNS studiyasının hazırladığı verilişdə səsləndirilib.

Studiya 2009-2010-cu illərdə bu prosedurlara xərclənən pulların qəbzini də əldə edib. Məsələn, Münxen klinikasında 2009-cu ildə bu məqsədlə 9 min avro, Nyu-York kinikasında isə 2010-cu ilin noyabrında 7850 dollar ödənilib.

Məsələ burasındadır ki, Saakaşvilinin baxımı üçün xərclənən vasəit dövlət büdcəsi hesabına ödənilib. Rəsmi dairələr məsələyə hələlik münasibət bildirməyib.

E.Əlosmanqızı
AzNews.az