00:18
(077) 610-22-33

Bu siyasətçi qadın tədbirə sinəsi açıq paltarla qatıldı - FOTO

  • >
3 903 5 Mart 2015 18:00 | Maraqlı

Danimarkanın “ən seksi siyasətçisi” seçilən Nikita Klaestrup üzvü olduğu partiyanın mediaya qapalı olan yubiley gecəsinə geyindiyi sinə dekolteli paltarı ilə tənqidlərə məruz qalıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 yaşlı qadın Mühafizəkar Partiyasının 110 yaşına sinəsi açıq paltarla qatılıb. Partiyanın Gənclik Təşkilatının üzvü Nikita Klaestrup geyimi ilə bağlı fikirlərə "Xoşuma gələn və mənə yaraşdığına inandığım paltarları geyinməyə davam edəcəyəm" cavabını verib:
"Bugünə kimi necə geyinmişəmsə, bundan sonra da elə geyinəcəyəm. Mən o paltarı qapalı bir məclisə geyinmişəm. Bütün Danimarkaya yayılaraq müzakirə mövzusu olacağını bilmirdim. Çünki mən medianın və cəmiyyətin diqqətini çəkmək üçün elə geyinmirəm. Mənə rahat olan paltarlara üstünlük verirəm. Siyasətçi olmağım buna maneə ola bilməz".

Nikitanın sevgilisi Rune Kristensen də məsələyə münasibət bildirib. O, partiyə getməzdən əvvəl Nikitanın geyimi ilə bağlı çox düşündüklərini və nəhayət, bu paltarı seçdiklərini deyib:
"Nikita o partidən əvvəl də elə geyinirdi. Amma onun haqqındakı müzakirələri təhdid olaraq qəbul edirəm. İnanıram ki, ona bir zərər vurmazlar".

Xanım siyasətçi yerli qəzetlərdən birinə açıqlamasında moda aləmində özünə prezident Helle Törninq Şmitti örnək aldığını vurğulayıb:
"Onun geyim tərzi xoşuma gəlir. Amma sinə dekolteli paltar mənim kimi gənc qızlara yaraşar. Mən də öz anamı bu geyimdə görmək istəmərəm".
Bağla X