04:44
(077) 610-22-33

Almanlar “Quran” oxuyacaq – Yeni veriliş

  • >
2 314 6 Mart 2015 18:47 | Maraqlı

Almaniya Radiosunda (Deutschlandfunk – DLF) Qurani Kərimin ayələrini elmi tərəfdən izah edən veriliş yayımlanacaq.


AzNews.az xəbər verir ki, veriliş zamanı 4 dəqiqə ərzində "Quran"dan ayələr səsləndiriləcək, ondan sonra İslam alimləri həmin ayənin açıqlamasını verəcək. DLF-in baş direktoru Uilli Steul açıqlamasında bildirib ki, bu verilişlə onlar sərbəst media məsuliyyətini yerinə yetirəcəklər.

Verilişlə əlaqədar hər hansı Müsəlman qurumu ilə əlaqə qurmadıqlarını deyən Steul, hamının "Quran"ı müzakirə etdiyini, lakin heç kimin "Quran"dan bir kəlmə belə oxumadıqlarını dilə gətirib. Baş direktor yaradılış kimi məsələlərdə önəmli məlumatlarla zəngin olan, lakin eyni zamanda zorakılıq kimi mübahisəli məsələlərin də yer aldığı "Quran"ın açıqlanmasına ehtiyac olduğunu qeyd edib.

Nigar
Bağla X