02:42
(077) 610-22-33

İnsan orqanizminə ən faydalı tərəvəz

  • >
3 156 11 Mart 2015 23:05 | Maraqlı

Amerikalı dietoloqlar bəyan ediblər ki, dünyada insan orqanizmi üçün ən faydalı tərəvəz gül kələmidir. Bu tərəvəz hazırda insan ölümünün əsas səbəblərindən olan ürək tutması, ifarkt və insultun profilaktikası üçün ən yaxşı vasitədir.



Modern.az saytının məlumatına görə, mütəxəssislərin qənaətincə, insan orqanizminə lazım olan bütün vitamin və mikroelementlərə gül kələminin tərkibində rast gəlmək olar.

Bu dəyərli bitki digər qida məhsullarından onunla fərqlənir ki, o orqanizm tərəfindən asan və rahatlıqla mənimsənilir. Gün ərzində cəmisi 50 qram gül kələmi yeməklə orqanizmin C vitamininə sutkalıq tələbatını ödəmək olar.

Gül kələmi A vitamini ilə zəngindir ki, bu da dərinin sağlamlığı və görmə qabiliyyətinin normal olması üçün olduqca vacibdir.

Həmçinin gül kələmində olan B qrup vitaminləri orqanizmin ürək-damar və sinir sistemini möhkəmləndirir.

Gül kələminin tərkibində çoxlu miqdarda minerallar, alma və limon turşusu da var. Həkimlər bu nadir bitkidən qaraciyər, öd kisəsi, bağırsaq xəstəlikləri zamanı istifadə etməyi məsləhət görürlər. Piylənmə, artıq çəkidən əziyyət çəkənlər üçün də bu tərəvəzin faydası böyükdür.

Gül kələminin faydalı xüsusiyyətlərindən biri odur ki, bu tərəvəz qanda xolesterinin miqdarının artmasına mane olur.

Gül kələmindən müntəzəm istifadə olunduqda o mədəni mənfi təsirlərdən qoruyur, qastrit və mədə xorası xəstəliyinin riskini azaldır.

Şəkərli diabetlər üçün gül kələmi ən effektli təbii dərman sayıla bilər.

Xərçəng xəstəliklərinin profilaktikası üçün gül kələmi əvəzolunmaz qida məhsuludur. Alimlərin son tədqiqatları sübut edib ki, bu tərəvəzdən istifadə etməklə prostat vəzi və yoğun bağırsaqda xərçəngin inkişafının qarşısını almaq mümkündür.


Gül kələminin orqanizm üçün daha bir faydası immun sistemini gücləndirməsidir.

Bu tərəvəz həm də maddələr mübadiləsini tənzimləyir.

Gül kələmindən sutka ərzində 100 qramdam artıq istifadə etmək məsləhət görülmür. Tərəvəz soyuducuda 7-10 sutkadan artıq saxlanılmamalıdır.

Mədə şirəsinidə turşuluq dərəcəsi çox olanlar və böyrək xəstəliklərindən şikayətlənənlər gül kələmini qida rasionlarına məhdudiyyətlə daxil etməlidirlər.

Gül kələmindən müntəzəm istifadə edin ki, sağlamlığınız da gül kimi olsun.
Bağla X