Tovuz sakini hər kəsi təəccübləndirəcək şikayətlə Gəncə şəhər Oftalmoloji Xəstəxanasına müraciət edib. Belə ki, qadının gözündə kristallar əmələ gəlir və 3-4 dəqiqə ərzində göz yaşı kimi tökülür. Tovuz sakini hər kəsi təəccübləndirəcək şikayətlə Gəncə şəhər Oftalmoloji Xəstəxanasına müraciət edib. Belə ki, qadının gözündə kristallar əmələ gəlir və 3-4 dəqiqə ərzində göz yaşı kimi tökülür.

Azərbaycanda möcüzə - Qadının kristal göz yaşları (FOTO)

Tovuz sakini hər kəsi təəccübləndirəcək şikayətlə Gəncə şəhər Oftalmoloji Xəstəxanasına müraciət edib. Belə ki, qadının gözündə kristallar əmələ gəlir və 3-4 dəqiqə ərzində göz yaşı kimi tökülür.


AzNews.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Tovuz sakini Türkan Həsənova Gəncə şəhər Oftalmoloji Xəstəxanasına gözündə yad cisimlərin əmələ gəlməsi şikayəti ilə müraciət edib. Gənc qadın bir saat aralıqla gözündə kristallar əmələ gəldiyini bildirib. Onun sözlərinə görə, bu problem artıq iki ildir onu narahat edir. Bu günədək bir çox həkimlərə müraciət etsə də, kristalların əmələ gəlmə səbəbini və qarşısını almaq yollarını tapan olmayıb.

T.Həsənova deyib: "Hansı həkimə gedirəmsə, təəccüblənirlər. Deyirlər, dərdinin dərmanı yoxdur. Sonra Tələt həkimin yanına gəldim. Baxdı, o da gördü ki, gözümdə yad cisimlər əmələ gəlir".

Gəncə Oftalmoloji Xəstəxanasının həkimi Tələt Nəbiyev isə bildirib ki, xəstənin müraciəti onları təəccübləndirib. Prosesi izləmək üçün bir saat ərzində T.Həsənovanın gözündə müayinə aparılıb və kristalların əmələ gəlməsi müşahidə edilib: "Bir saat gözləyəndən sonra xəstə dedi ki, gözümdə ağrı olur. Batma hissi yaranır, qıcıqlanır, yaş gəlir. Dərhal mikroskopda baxdıq, fiksə etdik. Gözündə şüşəyəbənzər yad cisim əmələ gəldi. Bu proses təxminən 3-4 dəqiqə çəkir. Xəstənin sözlərinə görə, bu problem iki ildir ki, var. Ancaq hər zaman olmur. Bəzən bir ay ərzində, bəzən bir neçə gün".

Xəstənin gözündən çıxan yad cisimlər analiz edilməsi üçün laboratoriyaya verilib. Analizin nəticələrinə əsasən T.Həsənova başqa müayinələrə cəlb ediləcək. Yalnız bundan sonra gözdə kristalların hansı səbəbdən əmələ gəldiyi aydınlaşacaq.
image description image description