ABŞ-ın 26 yaşlı vətəndaşı olan Lizzi Velasquez “Dünyanın ən çirkin qadını” adına layiq görülüb. ABŞ-ın 26 yaşlı vətəndaşı olan Lizzi Velasquez “Dünyanın ən çirkin qadını” adına layiq görülüb.

Dünyanın ən çirkin qadını – FOTOLAR

ABŞ-ın 26 yaşlı vətəndaşı olan Lizzi Velasquez “Dünyanın ən çirkin qadını” adına layiq görülüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "haber3" saytı yayıb.
Məlumata görə, bu ad Lizziyə internetdə "qismət olub".

Çəkisi 29 kiloqram olan və "bir dəri, bir sümük" kimi görünən qız elə "o ad" verilmədən də ən çirkin qadın simvoluna çevrilib.

Bir gözü görməyən və bütün uşaqlığı boyu arıq və çirkin olduğuna görə narahatçılıq keçirən qız yetkinlik dövründə də sinif yoldaşlarının kinayəli sözlərilə üzləşib.

Gənc qadın internetdə başladılan kampaniyada minlərlə dollar pul yardımı alıb. O, 2013-cü ildə TED konfranslarında məruzəçi kimi çıxış edib. Bu çıxış Youtube-də 7 milyondan çox insan tərəfindən izlənib.

Onun yazdığı "Cəsur Ürək: Lizzi Velasquez" adlı kitaba sənədli film çəkilib.

ABŞ-ın Texas ştatında yaşayan Lizzi Velasquez anadan olanda onun bədənində yağ hüceyrəsi olmayıb. Bu üzdən o, kökələ bilmir.



image description image description image description image description image description image description